Bakıda satışa çıxarılan villanın gözqamaşdıran qiyməti - 17 milyon manat! - FOTO

13-06-2021, 00:24           
Bakıda satışa çıxarılan villanın gözqamaşdıran qiyməti -
Bakının Səbayel rayonu ərazisində, Badamdar qəsəbəsində 17 milyon manata villa satışa çıxarılıb. Azmarka.az-ın məlumatına görə bu barədə əmlak satışı ilə məşğul olan saytların birində elan verilib.

1500 m² sahəsi olan dəbdəbəli mülk 25 sot torpaq sahəsində yerləşir.

14 otaqdan ibarət villanı ipoteka yolu ilə də almaq mümkündür.

Elanda qeyd olunub ki, şəhərin ən prestijli və ekoloji cəhətdən təmiz ərazilərindən biri sayılan Badamdarda fərdi arxitektur layihə əsasında inşa edilən, estetik cəhətdən cəlbedici bu möhtəşəm villa "problemsiz və qayğısız 4 fəsil həyatı" arzusunu reallığa çevirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru