“Facebook” rebrendinqdən sonra $500 mlrd. itirib

23-02-2022, 17:01           
“Facebook” rebrendinqdən sonra $500 mlrd. itirib
“Facebook” adını “Meta” olaraq dəyişəndən sonra təxminən 500 milyard dollar dəyər itirib.

TED.az xəbər verir ki, bundan əlavə, şirkət dünyanın ən bahalı korporasiyaları sırasından çıxıb. Qeyd edək ki, dəyəri 565 milyard dollar olan “Meta” siyahıda 11-ci yeri tutur. Bütün dəyişikliklərdən əvvəl “Facebook”un bazar dəyəri 1 trilyon dollar olub.

Mənbələrə görə, belə bir addımın nəticələri o qədər ağır olub ki, bir çox reklamçılar “Google”a keçməyə başlayıblar.

Daha əvvəl “Meta”nın rəhbəri Mark Zuckerberq bildirmişdi ki, onun şirkəti metakainatın yaradılmasına diqqət yetirəcək, bu istiqamətə milyardlarla dollar sərmayə qoyacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru