“Günay Sığorta”da istefalar - DAVAM EDİR

23-02-2022, 18:47           
“Günay Sığorta”da istefalar - DAVAM EDİR
“Günay Sığorta” ASC-nin icra orqanındakı istefalar davam edir. Teref.az Banker.az-a istinadən xəbər verir ki, bu dəfə “Günay Sığorta” ASC-nin Daxili audit xidmətinin rəhbəri Kənan Əlirvat oğlu Qəniyev vəzifəsini tərk edib.

O, 2020-ci ilin noyabrından Daxili audit xidmətinin rəhbəri təyin edilmişdi və 2022-ci ildə fevralında bu vəzifədən ayrılıb. Buna qədər “Azsığorta” ASC, “Ata Sığorta” ASC və “Azərbaycan Sənaye Sığorta” ASC-də çalışıb.

Qeyd edək ki, bundan öncə Sığorta Şirkətinin İdarə Heyətində yer alan Səidə Fətullazadə də vəzifəsindən istefa vermişdi.

Şirkətin baş mühasibi olan Kəmalə Zaman qızı Allahverdiyeva vəzifəsindən getmiş, onun yerinə İlkin Sərvər oğlu Rəhimov təyin olunub.

Son illərdə rəhbərlik bir neçə dəfə dəyişib. Şirkətinin İdarə Heyəti demək olaraq ki, tam deyildir. Şirkətə hazırda müvəqqəti olaraq Mahir Niftəliyev Ənvər oğlu sədrlik edir.

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8.2 milyon manatdır. Şirkətin səhmlərinin 71.94%-i Yeganə Məmməd qızı Şirinovaya (“Günay Bank” ASC-nin 38.94%-lik səhmdarı), 28.06%-i isə Mahmud Məmmədova (“Günay Bank”ın 52.13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru