Ukraynada vətəndaşlara rus hərbçilərinə atəş açmaq icazəsi verilir - RƏSMİ

3-03-2022, 17:32           
Ukraynada vətəndaşlara rus hərbçilərinə atəş açmaq icazəsi verilir - RƏSMİ
Ukrayna Ali Radasının Hüquq-mühafizə Komitəsi hərbi vəziyyət zamanı düşmən hərbçilərinə müqavimət göstərmək üçün mülki əhalinin odlu silahdan istifadəsinə qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılmasını dəstəkləyib. Teref.az “Ölkə.Az”a istinadla xəbər verir ki, bu barədə komitə sədrinin birinci müavini, xalq deputatı Andrey Osadçuk Facebook səhifəsində məlumat verib.

“Ukrayna Ali Radasının Hüquq Mühafizə Komitəsi indicə yekdilliklə talanlara görə cinayət məsuliyyətinin əhəmiyyətli dərəcədə artırılmasının lehinə səs verib. Bundan əlavə olaraq hərbi vəziyyət dövründə Rusiya Federasiyasının və digər ölkənin silahlı təcavüzünü dəf etmək üçün mülki əhalinin odlu silahdan istifadəsinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırılır”, - məlumatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru