Ukrayna millətçilərinin əsas qrupları məhv edildi - Rusiya

4-03-2022, 08:56           
Ukrayna millətçilərinin əsas qrupları məhv edildi - Rusiya
Ukrayna millətçilərinin əsas qrupları mühasirəyə alınıb və məhv edilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib.

“Diqqətinizi ona yönəldirik ki, Rusiya Silahlı Qüvvələri tərəfindən ukraynalı millətçilərin əsas qruplarının mühasirəyə alınması və məhv edilməsi fonunda Qərb ölkələri özəl hərbi şirkətlərlə müqaviləli hərbçilərin döyüş bölgələrinə göndərilməsini artırıb”, - o bildirib.

Rusiya MN rəsmisi vurğulayıb ki, bəzi ölkələr öz vətəndaşlarına Ukraynadakı döyüşlərdə iştirak etməyə rəsmən icazə veriblər.

O, bu addımları adekvat saymayıb, əcnəbi muzdluların hərbi əsirlər sayılmayacağı xəbərdarlığını edib və məzdluları döyüşməyə qərar verərkən "yaxşıca düşünməyə" səsləyib.

Qeyd edək ki, Ukrayna tərəfdə artıq əcnəbi legionlar da döyüşür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru