Azərbaycan vətəndaşı Ukraynadan Rusiya hərbçilərinə səsləndi: “Üzərimizə silahla gəlməyin!” - VİDEO

4-03-2022, 11:23           
Azərbaycan vətəndaşı Ukraynadan Rusiya hərbçilərinə səsləndi:
Ukraynaya yeni doğulan nəvəsini görməyə gedən Azərbaycan vətəndaşı İrina Pleşunova müharibə şəraiti ilə əlaqədar təhlükəli şəraitdə qalıb.

İrina Pleşunova deyir ki, qızı və onun körpəsi ilə artıq neçə gündür vanna otağında gizlənirlər, əllərində telefon hər an həyəcan siqnalı barədə xəbər eşidəcəklərini gözləyirlər və bundan sonra başlarına nə gələcəyini bilmirlər.

O, rusiyalı hərbçilərə müraciət edərək bildirib ki, onlar gələnə qədər Ukraynada çox rahat və xoşbəxt yaşayıblar.

“Siz gələnə qədər biz buralarda (Ukraynada) çox rahat gəzir, xoşbəxt yaşayırdıq. Bizə insanların ölümü ilə nəticələnən qorunma lazım deyil. Bizi heç kimdən qorumaq lazım deyil. Dayanın! Üzərimizə silahla gəlməyin! Sizin də uşaqlarınız, analarınız, bacılarınız, qardaşlarınız var. Xahiş edirəm, bu qanlı müharibəni dayandırın”, - deyə o göz yaşları içərisində bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.