“Ruhdan düşən rusiyalı hərbçilər təslim olur, texnikalarını atırlar”

4-03-2022, 11:03           
“Ruhdan düşən rusiyalı hərbçilər təslim olur, texnikalarını atırlar”
Rusiyanın Ukraynaya qarşı başlatdığı xüsusi hərbi əməliyyatın 9-cu günündə Rusiya tərəfi bütün istiqamətlərdə itkilər verir.

Teref.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

"Düşmənin bütün istiqamətlərdə itkiləri var. Ruhdan düşən rusiyalı hərbçilər təslim olurlar və texnikalarını atırlar. Bu qənimətlər rus işğalçılarını dəf etməyə kömək edir. Mübarizə davam edir", - deyə məlumatda qeyd olunub.

Bildirilir ki, Rusiya qoşunlarının əsas səyləri Kiyevin mühasirəyə alınmasına və blokadaya alınmış yaşayış məntəqələrinin müqavimətini zəiflətməyə yönəlib: "Eyni zamanda, Rusiya tərəfi operativ ehtiyatlarının əsas hissəsini tükədib və Cənub və Şərqi Hərbi dairələrdən əlavə qüvvə və vasitələrin köçürülməsi ilə bağlı hazırlıqlara başlayıb".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru