Ruslar SAVAŞ TAKTİKASINI DƏYİŞİR - Ukrayna MN XƏBƏRDARLIQ ETDİ

4-03-2022, 17:56           
Ruslar SAVAŞ TAKTİKASINI DƏYİŞİR - Ukrayna MN XƏBƏRDARLIQ ETDİ
Ukrayna Müdafiə Nazirliyi ölkədəki son durumla bağlı operativ məlumat yayıb. Teref.az “Report”a istinadla xəbər verir ki, nazirlikdən bildirilib ki, müqavimət davam edir:

“Rusiyanın əsas məqsədi Kiyevi mühasirəyə almaq və blokadaya alınmış yaşayış məntəqələrində müqaviməti zəiflətməkdir. Bu tapşırığın icrası zamanı Rusiya Silahlı Qüvvələrinin qrupları əməliyyat ehtiyatlarının böyük hissəsini tükəndirdi. Onlar Cənub və Şərq hərbi dairələrindən əlavə qüvvə, resursları köçürməyə başladı. Rusiya altı BTQ-nin köməyi ilə Mariupol şəhəri ətrafında mühasirəni davam etdirməyə çalışır".

Məlumata görə, Rusiya hərbçiləri Qara dəniz sahillərini tutmaq iddialarından əl çəkmirlər: "Rusların taktikasında dəyişiklik olub. Onlar əhaliyə psixoloji təsir etməyə çalışırlar. Bu günlərdə qarşı tərəfin dezinformasiya yayması gözlənilir. Xalqımız ayıq-sayıq olmalıdır”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru