Kiyev yaxınlığında Rusiya qoşunları bir-biri ilə döyüşür – Çoxsaylı itkilər var

4-03-2022, 19:19           
Kiyev yaxınlığında Rusiya qoşunları bir-biri ilə döyüşür –
Kiyev vilayətində Severinovka yaxınlığında Rusiya qoşunları bir-biri ilə döyüşə girib. Nəticədə 9 tank və 4 zirehli transportyor itirilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının mətbuat xidməti Facebook-da yaydığı məlumatda bildirib.

“Bu dəqiqələrdə Kiyev bölgəsində, Severinovka yaxınlığında, Rusiya qoşunları… elə rus qoşunları ilə döyüşə girib. “Friendly fire” nəticəsində 9 tank və 4 zirehli transportyor məhv edilib. Bu isə bizim 13 Javelin-imizi xilas edib”, – məlumatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru