Kürün Salyan rayonundan keçən hissəsi quruyub

5-03-2022, 00:03           
Kürün Salyan rayonundan keçən hissəsi quruyub
Kür çayının Salyan rayonundan keçən bəzi hissələri quruyub.

Bu barədə "Report"un Muğan bürosuna yerli sakinlər məlumat verib.

Onların bildirdiyinə görə, son günlər çayda suyun səviyyəsinin sürətlə azalması müşahidə olunur.

Həmçinin bu vəziyyət sahilboyu quraşdırılımış su nasoslarının tam gücü ilə işləməsində və əkin sahələrinin suvarılmasında problemlər yaradıb. Eyni zamanda bu hal ekoloji fəlakətə də səbəb olub. Belə ki, çaydakı kiçik və böyük balıqlar məhv olur.

Ekspertlərin sözlərinə görə, yarana biləcək su çatışmazlığına qarşı indidən ciddi tədbirlər görülməlidir. Əks təqdirdə Kür ətrafının sakinləri içməli su qıtlığından yenə də əziyyət çəkəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru