"Ruslar Ukraynanın ikinci böyük AES-nə yaxınlaşırlar"

5-03-2022, 10:12           
"Ruslar Ukraynanın ikinci böyük AES-nə yaxınlaşırlar"
Rusiya qoşunları Ukraynanın ikinci ən böyük nüvə obyektinə yaxınlaşır.

AzVision.az CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild deyib. - Rusiya qüvvələri hazırda 20 mil uzaqdadır və Ukraynanın ikinci ən böyük nüvə obyektinə yaxınlaşırlar. Prezident Putin bu müharibəyə və Ukrayna xalqına qarşı amansız hücumlara son qoymaqla bu humanitar fəlakəti dayandırmalıdır”, - diplomat stansiyanın adını çəkmədən deyib.

O həmçinin qeyd edib ki, "Beynəlxalq ictimaiyyət Rusiya qüvvələrinin təhlükəli hücumunu dayandırmasını tələb etməkdə yekdil olmalıdır. Və dediyim kimi, Ukrayna xalqı bizə arxalanır, biz onları ruhdan salmamalıyıq".

Qeyd edək ki, "Energoatom"un məlumatına görə, enerji istehsalı baxımından ölkənin ikinci ən böyük nüvə obyekti Ukraynanın cənubundakı Nikolayev vilayətində yerləşən Cənubi Ukrayna Atom Elektrik Stansiyasıdır.

Xatırladaq ki, ötən cümə Ukrayna prezidenti Vladimir Zelenski Rusiya qoşunlarının Ukraynanın cənubundakı atom elektrik stansiyasına hücumundan sonra Rusiyanı “nüvə terroru”nda ittiham etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru