Britaniyalı baronessa Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO
10-03-2022, 09:46
Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolson Şəhidlər Xiyabanını ziyarət edib.
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter” hesabında yazıb.
“Bu gün Baronessa Emma Nikolson 90-cı ildə Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edənlərin xatirəsini ehtiramla anmaq üçün Şəhidlər Xiyabanını ziyarət etdi. Təəsüflər olsun ki, Kremlin hakimiyyətinə tabe olmaqdan imtina edən dinc insanlara qarşı vəhşilik bu gün Ukraynada davam edir.
Xatırladaq ki, Emma Nikolson martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.
Bu gün @Baroness_Nichol 90-cı ildə ????????-nın müstəqilliyi uğrunda canlarını fəda edənlərin xatirəsini ehtiramla anmaq üçün Şəhidlər Xiyabanını ziyarət etdi. Təəsüflər olsun ki, Kremlin hakimiyyətinə tabe olmaqdan imtina edən dinc insanlara qarşı vəhşilik bu gün Ukraynada davam edir. pic.twitter.com/JHnu7eSSL6