Ukraynalı qız müharibədə fenomen oldu

10-03-2022, 11:44           
Ukraynalı qız müharibədə fenomen oldu
Ukraynadakı müharibə ilə əlaqəli sığınacaqda məskunlaşan gənc çəkdiyi videolarla TikTok-da fenomen olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, "Valerisssh" adı ilə populyarlaşan ukraynalı qız qısa müddətdə 300 mindən çox izləyici toplayıb.

Çerniqov şəhərində qalan fenomen sığınacaqda yaşadıqlarını paylaşır. O, bu çətin günləri yumoristik şəkildə təqdim edir. Bəzi videolarında oranı "beşulduzlu" otelə bənzədir, bəzən isə əvvəlki həyatı ilə indikini müqayisə edir.

Ukraynalı gənc "Sosial şəbəkələr bizim bildiyimizdən müharibələri fərqli edib. Təsəvvür edin ki, bir gün tələbələr tarix dərsində bu görüntülərə baxacaqlar",- deyə bildirib.

O, həmçinin, paylaşımlarına ingilis dilində şərhlər əlavə edib. Bundan başqa, qız bir neçə dəfə müxtəlif verilişlərdə qonaq olub. Onun özü fotoqrafdır.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru