Martın 9-da Mariupolda rus işğalçılarının atəşə tutması nəticəsində həlak olan ukraynalılar kütləvi məzarlıqda basdırılıb.
"AzPolitika.info" Ukraynanın unian.net saytına istinadən xəbər verir ki, döyüşlərin getdiyi Donetsk vilayətindən çəkilmiş fotoları Daxili işlər nazirinin müşaviri Anton Geraşenko öz "Telegram" kanalında dərc edib.
“İnsanlar ölənlərin cəsədlərini Mariupolun kənarındakı kütləvi məzarlığa basdırılır.Çünki işğalçı qüvvələrin güclü atəşi nəticəsində öz yaxınlarını dəfn edə bilmirlər” - deyə, o qeyd edib.