Çe Gevarını güllələyən hərbçi ölüb

11-03-2022, 10:18           
Çe Gevarını güllələyən hərbçi ölüb
Çe Gevarının ələ keçirilməsi əməliyyatına başçılıq etmiş istefada olan general Qeri Prado 80 yaşlı Salasarın ölüm faktını təsdiqləyib.

Qeyd edək ki, Boliviya ordusunun istefada olan miçman Mario Teran Salasar 1941-ci il aprelin 9-da anadan olub. O, 1967-ci il oktyabrın 9-da çavuş olarkən Çe Gevaranı gülləyərək öldürüb.

1928-ci il iyunun 14-də Argentinanın Rosario şəhərində doğulmuş Çe Gevara Kuba inqilabının liderlərindən biri, Fidel Kastronun yaxın silahdaşı olub.

1967-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini əməkdaşları ilə Boliviya hərbçilərinin birgə əməliyyatı nəticəsində Çe Gevara tutularaq Boliviyada güllələnib. O, Boliviyada bir qrup partizanla ölkədə inqilab hərəkatı təşkil etmək istəyirmiş.

Çenin basdırıldığı uzun illərboyu gizli saxlanılıb. Antropoloqlar 1997-ci ildə Boliviyanın Valeqran yaşayış məntəqəsində onun və döyüş yoldaşlarının meyitlərinin qalıqıları aşkar ediblər. Onun meyitinin qalıqları Boliviyadan Kubaya aparılaraq Santa-Klarada dəfn edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.