Ermənistan fövqəladə hallar naziri Andranik Piloyan saxlanıldı

31-03-2022, 08:32           
Ermənistan fövqəladə hallar naziri Andranik Piloyan saxlanıldı
Ermənistan Fövqəladə Hallar Nazirliyinin rəhbəri Andranik Piloyan saxlanılıb. Məlumatı Korrupsiyaya Qarşı Mübarizə Komitəsi təsdiqləyib.

Martın 29-da Komitə fövqəladə hallar nazirini dindirməyə çağırıb. Dünən başlanan cinayət işilə bağlı nazirin hər hansı bir statusu açıqlanmayıb. İstintaqın hansı cinayət işi üzrə aparıldığı da hələlik məlum deyil.

Dünən baş nazir Nikol Paşinyan Piloyanı 14 günlük məzuniyyətə göndərib. Xatırladaq ki, ötən gün polis Fövqəladə Hallar Nazirliyində axtarışlar aparıb.

Axtarışdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşını dindirilmək üçün Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə gətiriblər.

azpolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru