Suriyalı muzdlular Ukraynada döyüşmək üçün Rusiyaya gəldilər

1-04-2022, 11:34           
Suriyalı muzdlular Ukraynada döyüşmək üçün Rusiyaya gəldilər
Rusiya Suriyadan 16 min muzdlu əsgəri Ukraynaya qarşı müharibəyə cəlb etmək niyyətindədir.

Suriyalı muzdluların ilk kontingenti Ukraynaya qarşı müharibəyə göndərilməzdən əvvəl hərbi təlim keçmək üçün Rusiyaya gəlib.

Bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, qruplaşmaya Suriya ordusunun Bəşər Əsədin tərəfində vuruşan rus zabitləri ilə sıx əməkdaşlıq edən diviziyasından ən azı 300 əsgər daxildir.

Bildirilir ki, son illər Suriya muzdlu əsgər ixracatçısına çevrilib və bu, bir çoxlarına döyüş təcrübəsi qazandırıb. Suriyada iş tapmaq çətin olduğundan kişilər muzdlu əsgər olmağa razılıq verirlər.

Məlumata görə, bundan əvvəl suruyalı muzdlular Liviya, Azərbaycan, Mərkəzi Afrika Respublikasında döyüşüblər, indi isə onlardan Ukraynada gedən müharibələrdə istifadə olunacaq.

“Nyu York Tayms” bildirib ki, Rusiya Suriyadan 16 min muzdlu əsgəri Ukraynaya qarşı müharibəyə cəlb etmək niyyətindədir. Döyüş təcrübəsi olan kişilərə üstünlük verilir.

Artıq Rusiyada olan 300-ə yaxın əsgər Suriya ordusunun “Pələng Qüvvələri” kimi tanınan 25-ci diviziyasındandır. Onlar elit hərbçilər sayılırlar və rus zabitləri ilə sıx əməkdaşlıq edirlər. Ruslar onlara altı ay ərzində ayda 1200 dollar, Suriyaya qayıdanda isə 3000 dollar bonus təklif ediblər.//modern.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.