Əfqanıstanda cümə ibadəti zamanı güclü partlayış törədilib, çoxlu sayda ölən və yaralılar var - FOTO

2-04-2022, 11:46           
Əfqanıstanda cümə ibadəti zamanı güclü partlayış törədilib, çoxlu sayda ölən və yaralılar var - FOTO
Əfqanıstanın Herat şəhərində cümə ibadəti zamanı törədilən partlayış nəticəsində beş nəfər həyatını itirib.

Partlayış nəticəsində 29 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, partlayış Herat şəhərinin əsasən şiə inanclıların yaşadığı məhəllədə törədilib.

Qeyd Əfqanıstanda “Taliban” hərəkatının siyasi hakimiyyətə gəlməsindən sonra terrorçu qruplar fəallaşmağa başlayıb.

Onlar terror aktını həyata keçirmək üçün insanların bir yerə cəmləşdiyi cümə günlərini seçir.

Mənbə: Tolo News












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru