Roqozin peyk fotosu yaydı: "NATO, biz sizi izləyirik!"

4-04-2022, 11:22           
Roqozin peyk fotosu yaydı: "NATO, biz sizi izləyirik!"
"Roskosmos"un baş direktoru Dmitri Roqozin NATO-nun yarandığı gün diqqətçəkən fikirlər səsləndirib. AzVision.az xəbər verir ki, o, alyansın dünya üçün əsas təhlükə olduğunu deyib və NATO üzvlərini Rusiyanın onları kosmosdan izlədiyini xatırladıb. - Bu gün, 4 aprel 1949-cu ildə on iki ölkənin (Belçika, Böyük Britaniya, Danimarka, İslandiya, İtaliya, Kanada, Lüksemburq, Hollandiya, Norveç, Portuqaliya, ABŞ, Fransa) nümayəndələri Şimali Atlantika Müqaviləsi imzaladılar. NATO, İkinci Dünya Müharibəsindən sağ çıxan bütün dünya üçün əsas təhlükə belə yarandı. Mən istərdim ki, Brüsseldəki köhnə tanışlarım, xüsusən də Stoltenberq (NATO-nun baş katibi Yens - red.) NATO-nun ad günündə "Roskosmos"un kosmik aparatının peyk görüntüsündən istifadə edərək öz ofislərinə baxıb heyran olsunlar. Uşaqlar, biz sizi izləyirik. Yadda saxlayın!, - Roqozin sosial şəbəkələrdə paylaşım edib.

O, statusuna alyansın Brüsseldəki qərargahının Rusiyanın “Resurs-P” peyki tərəfindən çəkilmiş fotosunu da əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru