Belarusdan yüzdən artıq hərbi texnika Rusiyaya doğru hərəkət edib - VİDEO

4-04-2022, 17:24           
Belarusdan yüzdən artıq hərbi texnika Rusiyaya doğru hərəkət edib - VİDEO
Rusiya hərbi texnikasının böyük karvanının Belarusdan bu ölkəyə hərəkət etdiyi qeydə alınıb. “Report” xəbər verir ki, məlumatı UNIAN yayıb.

Bildirilib ki, aprelin 4-də səhər saatlarında Belarusun Borisov şəhərində Rusiyaya məxsus yüzdən artıq hərbi texnika karvanı qeyd alınıb. Məlumata görə, karvan Minskdən M1 trası ilə Smolensk (Moskva) istiqamətində hərəkət edib. Bildirilib ki, karvanda “Ural”, “KamAz”, “UAZ Patriot”, “KUNQ”, yanacaq daşıyan avtomobillər və PAZ avtobusları olub.

Vurğulanıb ki, aprelin 3-də Rusiya hərbi texnikasının Belarusun Qomel vilayətinə doğru çəkildiyi barədə məlumat yayılıb.
https://1plus1.video/unian-novosti/2022-god/aprel-2022-kolona-rosijskoyi-tehniki-rushila-z-minska-v-storonu-moskvi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru