Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ukraynanın mühasirədə olan Mariupol şəhərinə çatmaq üçün yeni cəhdləri uğursuzluğa düçar olub. Beynəlxalq Qızıl Xaç Komitəsindən bu barədə CNN-ə bildirilib.
“Təhlükəsizlik şərtlərinə görə komandamız bu gün Mariupola çata bilməyib”, – deyə bəyanatda bildiriblər.
Xatırladaq ki, komanda çox ehtiyac duyulan humanitar yardımı təmin etmək və Rusiya bombardmanının əsas hədəfi olan şəhərdə mülki əhalinin təxliyəsini asanlaşdırmaq üçün şənbə günündən şəhərə girməyə çalışır.