Putin azərbaycanlı bioloqu təltif etdi - FOTO

5-04-2022, 07:47           
Putin azərbaycanlı bioloqu təltif etdi - FOTO
Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə biologiya sahəsində tanınmış azərbaycanlı alim, biologiya elmləri doktoru Süleyman Allahverdiyev elmin inkişafında böyük xidmətlərinə və çoxillik səmərəli fəaliyyətinə görə Rusiya Federasiyasının Əməkdar elm xadimi adına layiq görülüb.

Bizim.Media xəbər verir ki, həmyerlimiz Rusiya Elmlər Akademiyasının Bitki Fiziologiyası İnstitutunun laboratoriya rəhbəri, Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, Moskva Dövlət Universitetinin professoru, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutununun Bionanotexnologiya beynəlxalq laboratoriyasının rəhbəridir.

Xatırladaq ki, tanınmış alim 2021-ci il üçün Qlobal Enerji Assosiasiyasının enerji sənayesi sahəsində ən nüfuzlu beynəlxalq “Qlobal Enerji” mükafatının laureatları arasında olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru