90 dəfə peyvənd vurdurub sertifikat satdı

5-04-2022, 07:58           
90 dəfə peyvənd vurdurub sertifikat satdı
Almaniyada 60 yaşlı kişi saxta peyvənd setifikatını əldə etmək üçün 90 dəfə peyvənd vurdurub.

Həmin şəxsə müxtəlif məkanlarda peyvənd vurulub, o, peyvəndi təsdiq edən sənədi alıb və satıb. Onun üzərindən istifadə etməyi planlaşdırdığı boş blanklar aşkar edilib.

Alman polisi, məhdudiyyətlərin tədricən yumşaldılmasına baxmayaraq, artıq son bir neçə ay ərzində saxta peyvənd sertifikatları ilə rastlaşır.

Həkimlər də öz növbəsində belə qısa müddət ərzində 90 iynənin şübhəlinin orqanizminə hansısa şəkildə təsir edib-etməməsi ilə bağlı fikir bildirməyiblər.

Almaniyada xüsusən barlara, restoranlara və teatrlara baş çəkmək üçün peyvənd sertifikatları lazımdır.

Mənbə: Evening Standard












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru