Səudiyyə Ərəbistanı neftin qiymətini rekord həddə çatdırıb
5-04-2022, 10:28
Səudiyyə Ərəbistanı bütün bölgələrdəki müştəriləri üçün neftinqiymətini qaldırıb.
Trend "Bloomberg"agentliyinə istinadən xəbər verir ki, dövlət istehsalçısı olan"Saudi Aramco" şirkəti gələn ay Asiyaya tədarükü üçün nəzərdətutulan “Arab Light” markalı xam neftin qiymətini istifadə etdiyigöstəricidən bir barel üçün 9,35 dollar yüksəldib.
Bu, aprel üçün müəyyən olunmuş qiymətdən 4,40 dollar çoxdur.
Səudiyyə Ərəbistanının neft daşımalarının 60%-dən çoxu Asiyayagedir, Çin, Yaponiya, Cənubi Koreya və Hindistan ən böyükalıcılardır.