"Rusiya bu istiqamətdə qismən uğur qazanıb" - Ukrayna Baş Qərargahı
5-04-2022, 11:51
“Düşmən qoşunlarını yenidən toplayır və Ukraynanın şərqindən hücuma hazırlaşır. Əsas məqsədi Donetsk və Luqansk rayonlarının ərazisinə tam nəzarətin yaradılmasıdır”.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumatda bildirilib.
“Belarus Respublikası ərazisindən silah və hərbi texnika kolonunun Qomel, Yelsk və Mozir dəmiryol stansiyalarına doğru hərəkəti müşahidə olunur. Rusiya Xarkovu mühasirəyə almağı davam etdirir.
Barvenkovo istiqamətində düşmən qismən uğur qazanaraq 7 km irəliləyib, Brajkovka yaşayış məntəqəsinə nəzərəti ələ keçirib.
Onlar Donetsk və Luqansk istiqamətində Popasnaya, Rubejnoye və Mariupol yaşayış məntəqələrinə nəzarət ələ keçirmək istəyirlər”- məlumatda qeyd edilib.
Baş Qərargah bildirib ki, Rusiya qoşunları Nikololayevə Cenevrə konvensiyası ilə qadağan edilən döyüş sursatları ilə zərbə endiriblər:
“Rusiya ordusu ağır itkilər verir. Qarşı tərəfin şəxsi heyəti demoralizasiya olub”.