Ukrayna müqavimətinin simvolu olan snayper qadın ilk dəfə görüntüləndi - FOTO

5-04-2022, 17:24           
Ukrayna müqavimətinin simvolu olan snayper qadın ilk dəfə görüntüləndi - FOTO
Teref.az yazır ki, bütün dünyanın yaxından izlədiyi Rusiya-Ukrayna müharibəsi davam edərkən, rus qoşunlarına ağır itkilər verən “kömür” ləqəbli snayper ilk dəfə ortaya çıxıb.
Ukrayna müqavimətinin simvoluna çevrilən gənc qadın öz ölkəsində qəhrəman elan edilib.
2017-ci ildə Ukrayna donanmasına qoşulan qadın ölkənin şərqində Donetsk və Luqanskda rusiyayönlü separatçılara qarşı döyüşüb.
Onun əsl kimliyi məlum olmasa da, o, Ukraynanın Rusiya qüvvələrinə qarşı müqavimətinin simvoluna çevrilib. Britaniyanın “The Times” qəzeti snayper qadının cəbhə xəttində döyüşdüyünü yazıb.
"Kömür" Putinin işğalçıları ilə “sona qədər” mübarizə aparacağına söz verib.
Fəxrəddin Abbas
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.