"Amazon" yüksəksürətli peyk interneti layihəsini işə salacaq
6-04-2022, 10:44
ABŞ-ın "Amazon" şirkəti özünün yüksəksürətli peyk internetilayihəsinin işə salınması üzərində işləyir.
Trend-inməlumatına görə, dünyanın ən zəngin şəxslərindən biri Ceff Bezosaməxsus şirkət bu məqsədlə üç kosmik şirkətlə müqavilələrimzalayıb.
"Project Kuiper" adı verilən layihəyə əsasən, beş il ərzində 3200-dən çox peykin buraxılışı nəzərdə tutulur. Layihədə "UnitedLaunch Alliance", "Arianespace" və "Blue Origin" kosmik şirkətləriiştirak edəcək. Layihənin ümumi dəyəri 10 milyard dollar məbləğindəqiymətləndirilir.