Mariupolda vəziyyət pisləşir - Britaniya kəşfiyyatı
6-04-2022, 10:57
Ukraynanın cənubunda yerləşən, təhlükəsiz şəhər hesab olunan Mariupolda vəziyyət pisləşir. Bakupost.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə nazirliyinin kəşfiyyat xidməti məlumat yayıb. Bildirilir ki, şəhərdə qalan əhalinin durumu çox acınacaqlıdır. Onlar dərmansız, yeməksiz, susuz qalıblar. Mühasirədə olan Mariupolda ağır döyüşlər davam edir.