Ruslar tatar kəndini mühasirəyə aldılar - “Evləri atəşə tuturlar”

6-04-2022, 19:22           
Ruslar tatar kəndini mühasirəyə aldılar -
Rusiya qoşunları Ukraynanın Xerson vilayətində Krım tatarlarının kompakt yaşadığı Novoalekseyevka kəndini mühasirəyə alıblar. Ruslar küçələrdə patrul aparır, evləri atəşə tuturlar. Teref.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Krım Tatarları Mərkəzi məlumat yayıb.


“İşğalçılar bu gün səhər saatlarından Xerson vilayətinin Geniçesk rayonunun Novoleksiyivka kəndini mühasirəyə alıblar”, - məlumatda deyilib.

Qeyd olunub ki, rus hərbçiləri kənddə patrul xidməti aparır, kəndin mərkəzində yerləşən ikimərtəbəli yaşayış binasını (Çeryomuşki) pulemyot və qumbaraatanlardan atəşə tutub, əraziyə ağır hərbi texnika gətiriblər.

Qurbanların sayı məlum deyil.

Bildirilib ki, Novoalekseyevka şəhəri yerli Krım tatarlarının nümayəndələrinin kompakt yaşadığı kənddir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru