Afrika ölkəsində keçmiş prezidentə ömürlük həbs cəzası verildi

7-04-2022, 10:24           
Afrika ölkəsində keçmiş prezidentə ömürlük həbs cəzası verildi
Burkina-Fasoda keçmiş prezident Blez Kompaore sələfi Tom Sankaranın qətlinə görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib.

Hərbi tribunal sözügedən qərarını aprelin 6-da açıqlayıb. B.Kompaore ilə birlikdə həmçinin onun təhlükəsizlik xidmətinin keçmiş rəhbərinə də ömürlük həbs cəzası verilib.

Qeyd edək ki, Tom Sankara 1987-ci ildə qətlə yetirilib. B.Kompaore isə qətldə iştirakı olduğunu təkzib edib.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru