Azərbaycanda “Reklamı qadağan olunan əmtəələrin Siyahısı” yenilənib

7-04-2022, 12:32           
Azərbaycanda “Reklamı qadağan olunan əmtəələrin Siyahısı” yenilənib
Nazirlər Kabineti 17 oktyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”nda dəyişiklik edib.

“Report” xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, siyahıya daxil olan “Keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyalar və qeydiyyata alınmamış digər lotereyalar” anlayışı “Qumar oyunları, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” qanunlarla müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunları və lotereyalar” anlayışı ilə əvəzlənib, ayrıca “Qumar oyunları” anlayışı ləğv olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru