Bakıda yol təmir edildi - Avtomobil dayanan yerə asfalt vurulmadı / FOTO

7-04-2022, 13:22           
Bakıda yol təmir edildi -
Sosial şəbəkələrdə yol təmiri zamanı kənarda park edilmiş avtomobilin olduğu yerə asfalt vurulmayıb.

Qafqaz.media xəbər verir ki, həmin foto Bayıl qəsəbəsindən 20-ci sahəyə gedən yolda çəkilib.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "unikal"a açıqlamasında təmir zamanı həmin avtomobilin sahibinin tapılmadığı üçün belə bir hadisənin baş verdiyini bildirib:

"AAYDA əməkdaşlarının sahibi olmadan hər hansı nəqliyyat vasitəsinə toxunmağa, əl dəyməyə və onun yerini dəyişməyə ixtiyarı yoxdur. Asfalt da elədir ki, o gətiriləndə temperatur soyumamış döşənməlidir. Artıq bu gün həmin problem aradan qaldırılacaq".













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.