Kadırov Mariupolun təslim olmamasının səbəbini "tapdı"
8-04-2022, 08:13
Çeçen döyüşçüləri Mariupolda təmizləmə əməliyyatı zamanı əcnəbi muzdlu döyüşçülərin və terrorçuların “düşmən” (Ukrayna ordusu – red.) tərəfində döyüşməsi izlərini aşkar ediblər.
Axar.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.
“Banderaçılar sosial şəbəkələrdəki izləyicilərini cəbhə xəttində uydurulan "uğurları" ilə təsəlli edərkən, bizim hücum dəstələrimiz demək olar ki, bütün Mariupolu azad etdi.
Amma ən maraqlısı budur ki, düşmənin atəşi dayandırıldıqdan sonra aparılan təmizləmə əməliyyatları zamanı döyüşçülərimiz banderaçıların düşərgəsində muzdluların olmasına dair getdikcə daha çox dəlil tapdılar”, - deyə Kadırov bildirib.
Qeyd edək ki, Mariupolda "Azov" alayının döyüşçüləri təslim olmaq çağırışından imtina edib və mübarizəyə davam edirlər.