Ukraynanı tərk edən kişilər geri qayıdarkən saxlanılacaqlar

8-04-2022, 10:36           
Ukraynanı tərk edən kişilər geri qayıdarkən saxlanılacaqlar
Ukraynada hərbi vəziyyət rejimi tətbiq olunmağa başlayandan ölkəni lazımi icazə olmadan tərk edən bütün kişilər izahat almaq üçün geri qayıdarkən saxlanılacaqlar.

Teref.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ümumkrayna telemarafonunun efirində Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov deyib.

Onun sözlərinə görə, fevralın 22-dən sonra Ukraynanı tərk edənlərin hamısı qeydə alınıb. Onlar geri dönərkən hansı məntəqədən keçərək, hansı hüquqi sənədlər əsasında ölkəni tərk etdiklərini izah etməli olacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru