Ermənilər Xankəndidəki separatçıların “əski parçasını” təhqir etdi - FOTO
8-04-2022, 17:11
Brüssel görüşündən sonra Ermənistanda hakimiyyətə qarşı etirazlar genişlənir. Erməni millətçilər baş nazir Nikol Paşinyanın Qarabağı Azərbaycanın ərazisi olaraq tanımağa hazırlaşdığını iddia edirlər.
Teref.az gununsesi.info-ya istinadla xəbər verir ki, aparılan kampaniya çərçivəsində Ermənistanın müxtəlif yerlərində qaldırılan Qarabağdakı separatçı-terrorçuların qondarma “bayrağı” ermənilərin özləri tərəfindən cırılıb. Erməni ekspert Narek Samsonyan bildirir ki, İrəvandakı “Fransa meydanı”nda qaldırılan separatçıların əski parçası “Sasna Srer” qruplaşmasının üzvləri tərəfindən ləkələnərək, təhriq olunub.