Ukraynanın Makarov kəndində 132 sakinin güllələnmiş meyiti tapılıb

9-04-2022, 00:12           
Ukraynanın Makarov kəndində 132 sakinin güllələnmiş meyiti tapılıb
Yaşayış məntəqəsinin 40%-i dağıdılıb

Ukraynanın Kiyev vilayətinin Buçanski rayonunun Makarov şəhərində 132 mülki şəxsin güllələnmiş meyiti tapılıb. AYNA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Makarov kəndinin başçısı Vadim Tokar məlumat verib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri şəhər tipli yaşayış məntəqəsinin 40%-ni dağıdıblar.

Tokar deyib ki, müharibədən əvvəl Makarovda 15 min insan yaşayıb, hərbi əməliyyatların aktiv mərhələsində isə mindən az sakin qalıb.

"Rusiya hərbçiləri demək olar ki, bütün infrastrukturu dağıdıblar, xəstəxana və uşaq bağçalarını tamamilə dağıdıblar. İndi biz Makarovskaya icmasının bütün ərazisində elektrik enerjisini bərpa edirik, ərazilər təmizləndikdən sonra qazın verilişi bərpa olunacaq”, - Tokar qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru