“Acer” son hadisələrə görə Rusiyadakı fəaliyyətini dayandırdı

9-04-2022, 09:08           
“Acer” son hadisələrə görə Rusiyadakı fəaliyyətini dayandırdı
Tayvanın elektronika istehsalı şirkəti “Acer” Ukrayna ətrafında “son hadisələrə görə” Rusiyadakı fəaliyyətini dayandırdığını elan edib.

Bu barədə istehsalçının mətbuat xidməti məlumat yayıb.

“Acer” Ukraynadakı vəziyyəti yaxından izləyir. Son hadisələrlə əlaqədar olaraq “Acer” Rusiyadakı fəaliyyətini dayandırmaq qərarına gəlib”, - deyə məlumatda bildirilir.

Şirkət sülhün mümkün qədər tez bərpa olunacağına ümid edir.

Mənbə: Vestnik Kavkaza












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru