Yelena Zelenskaya: “Həyat yoldaşımı sonuncu dəfə həmin tarixdə ağ köynəkdə gördüm”

10-04-2022, 10:02           
Yelena Zelenskaya:
Ukraynanın birinci xanımı Yelena Zelenskaya müharibənin başladığı 24 fevral tarixində yaşadıqlarını danışıb.

Bu barədə Y.Zelenskaya “Vogue” jurnalına müsahibə verib.

O bildirib ki, sonuncu dəfə həyat yoldaşını ağ köynəkdə məhz həmin tarixdə görüb.

“Qəribə boğuq səslərə oyandım. Səhər saat dörd və ya beş olardı. Bunun partlayış səsləri olduğunu da dərhal anlamadım. Həyat yoldaşım yataqda yox idi. Ayağa qalxdım və onu gördüm, artıq geyinmişdi, kostyumda idi. Bu onu kostyumda və ağ köynəkdə gördüyüm son dəfə idi”, - deyə Y.Zelenskaya bildirib.

Mənbə: Unian.net












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru