Kəşfiyyat: Donbasda toqquşma bu tarixdə başlayacaq

12-04-2022, 12:08           
Kəşfiyyat: Donbasda toqquşma bu tarixdə başlayacaq
Aprelin sonuna qədər Ukraynanın şərqində hərbi əməliyyatlar daha da güclənəcək. Rusiya səylərini Donetsk və Luqanskda cəmləyərək, eyni zamanda, Xerson və Nikolayev bölgələrində də döyüşləri davam etdirəcək.

Axar.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

Məlumata görə, qarşıdakı iki-üç həftə ərzində ölkənin şərqində döyüşlər daha da güclənəcək:

“Rusiya Donbas bölgəsində intensiv olaraq döyüş personalı və texnikası toplamaqda davam edir. Rusiyanın hücumları Ukraynanın Donetsk və Luqansk yaxınlığındakı mövqelərinə yönələcək, Xerson və Nikolayev ətrafında və Kramatorsk istiqamətində yenidən döyüşlər olacaq”.

Qeyd olunur ki, Rusiya qoşunları məhz Belarus ərazisindən Ukraynanın şərq vilayətlərinə köçürüləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru