Polşada casusluq ittihamı ilə bir rusiyalı saxlanılıb

13-04-2022, 08:38           
Polşada casusluq ittihamı ilə bir rusiyalı saxlanılıb
Polşa prokurorluğu ölkə ərazisində daimi yaşayan Rusiya vətəndaşının casusluq ittihamı ilə həbs edildiyini açıqlayıb. Bu barədə idarənin rəsmi saytında məlumat verilib.

Hərbi jandarm rusiyalını Qdansk Rayon Prokurorluğunun Hərbi İşlər üzrə İdarəsi tərəfindən aparılan araşdırma çərçivəsində saxlayıb.

“Hərbi Əks-Kəşfiyyat Xidmətinin əldə etdiyi məlumatlar göstərir ki, o, Rusiya Federasiyası kəşfiyyatının maraqları naminə casusluq fəaliyyəti ilə məşğul olub”, – deyə məlumatda qeyd olunur.

Həmçinin saxlanılan şəxsin “hərbi hissələr, onların təchizatı və qrafikləri haqqında məlumatlar” topladığı da bildirilir.

Prokurorun tələbi ilə məhkəmə rusiyalını üç ay müddətinə müvəqqəti həbs edib. O, 10 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru