Zelenskinin Medvedçukun hərbi əsirlərlə dəyişdirilməsi təklifinə Rusiyadan CAVAB

14-04-2022, 00:01           
Zelenskinin Medvedçukun hərbi əsirlərlə dəyişdirilməsi təklifinə Rusiyadan CAVAB
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynada həbsdə olan xalq deputatı, RF başçısı Vladimir Putinin qızının “xaç atası” Viktor Medvedçukun dəyişdirilməsinin mümkünlüyündən danışıb.

“O, Rusiya vətəndaşı deyil, xarici siyasi xadimdir, biz onun bunu istədiyini belə dəqiq bilmirik”, – deyə Peskov bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Medvedçukun Rusiya ilə pərdəarxası münasibətlərinin olmadığını vurğulayıb və bildirib ki, əgər belə bir şey olsaydı deputat xüsusi əməliyyatlardan öncə Ukraynanı tərk edərdi.

“Medvedçukun Ukrayna ilə Rusiya arasında normal, qarşılıqlı faydalı, tərəfdaşlıq münasibətlərinin qurulmasının tərəfdarı olması yaxşı məlumdur. Onun bu mövqeyi həmişə açıq olub, Medvedçukun Rusiya ilə heç vaxt pərdəarxası münasibətləri olmayıb. Ancaq belə bir şeyi fərz etsək, o zaman Medvedçuk xüsusi hərbi əməliyyat başlamazdan əvvəl Ukrayna ərazisini tərk etməli idi. Ancaq o, bunu etməyib”, - deyə Peskov jurnalistlərə bildirib.

Xatırladaq ki, Ukraynanın “Müxalifət platforması – Həyat uğrunda” partiyasının rəhbəri, Vladimir Putinin qızının “xaç atası” və Rusiya Prezidentinin MDB məkanında ən yaxın adamlarından sayılan Viktor Medvedçuk Ukraynada həbs edilib.

Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru