Medvedçukun həyat yoldaşı Ərdoğandan kömək istədi - VİDEO

14-04-2022, 00:03           
Medvedçukun həyat yoldaşı Ərdoğandan kömək istədi - VİDEO
Ukraynada həbsdə olan Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenko Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib.

E-huquq.az xəbər verir ki, "Youtube" kanalı vasitəsilə müraciət edən O. Marçenko Ərdoğandan ərinin azadlığa buraxılması üçün kömək istəyib.

Onun müraciətini olduğu kimi təqdim edirik: "Çox hörmətli cənab Ərdoğan. Mən Ukraynanın xalq deputatı Viktor Medvedeçukun həyat yoldaşı Oksana Marçenko, sizə yardım üçün müraciət edirəm. Aprelin 12-də mənim ərim cənab Zelenskinin şəxsi göstərişi ilə UTX tərəfindən qanunsuz olaraq saxlanılıb və indi qanunsuz olaraq naməlum yerdə, girov kimi saxlanılır. Əvvəllər həyat yoldaşımı siyasi prosesdə qınamağa çalışdılar. Ərim heç bir qanunu pozmadı. Mənim həyat yoldaşımla baş verən hər şey Ukrayna dövlətinin hüquqi əsaslarına və beynəlxalq hüquq normalarına tamamilə ziddir.

Cənab Prezident, Siz sülh dialoqunun tərəfdarısınız, dəfələrlə demişdiniz ki, siz mənim ölkəmin, Ukraynanın və Rusiyanın dostusunuz, mən buna inanıram. Türkiyədə deyildiyi kimi, yaxşı bir dost qara gündə tanınır. Mənim ailəmə, mənə, bizim Victorla uşaqlara bu qara gün gəldi. Viktorun həyatı üçün çox qorxuram. Sizin böyük nüfuzunuz var, sizə hörmət edirlər və sizə qulaq asırlar. Xahiş edirəm, hörmətli cənab Prezident, ərim Viktor Medveçuku xilas etmək və azad etmək üçün sizin təsirinizdən istifadə edəsiniz. Böyük hörmətlə, Oksana Marçenko."













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru