Medvedçukun başına nəsə gəlsə… – Rusiya hədələdi

14-04-2022, 10:37           
Medvedçukun başına nəsə gəlsə… – Rusiya hədələdi
“Həyat uğrunda – Müxalifət Platforması” partiyası siyasi şurasının sədri Viktor Medvedçukun başına nəsə gəlsə, Volodimir Zelenski cavab verməli olacaq.
Teref axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti vətənə xəyanətdə ittiham edilən Medvedçukun saxlanıldığını elan edib. Daha sonra Zelenski Rusiyaya siyasətçini əsir götürülmüş ukraynalılarla dəyişməyi təklif edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Medvedçukun taleyinə nəzarət edəcək və avropalı siyasətçiləri buna çağıracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru