Ermənistanın baş kəşfiyyatçısı Qarabağda - BU NƏDİ BELƏ?

14-04-2022, 18:14           
Ermənistanın baş kəşfiyyatçısı Qarabağda - BU NƏDİ BELƏ?
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan gizlicə Qarabağa gedib.

Teref.az yenisabah.az-a istinadla xəbər verir ki, bu iddia “Hraparak” qəzeti yazıb.

Erməni nəşri mövzunu belə davam etdirib:

“İrəvana qayıdarkən yolda müxalifətçilər onun avtomobili ilə qarşılaşıblar. Müxalif deputatların sözlərinə görə, onlar Abazyanı Qarabağdan çıxarkən görüblər.

Biz ancaq fərziyyələr irəli sürə bilərik. Belə çıxır ki, ya Nikol Paşinyan vəziyyəti yerindəcə öyrənib ona məruzə etmək üçün Abazyanı “Artsax”a elçi göndərib, ya MTX direktoru müəyyən niyyətlə “Artsax”a gedib, ya da ola o, bölgədəki Rusiya sülhməramlılarını komandanlığı ilə görüşmək üçün Qarabağa yollanıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru