“MİDA-nın son mənzil satışının nəticələri ləğv olunmalıdır!” - ÇAĞIRIŞ

15-04-2022, 12:20           
“MİDA-nın son mənzil satışının nəticələri ləğv olunmalıdır!” - ÇAĞIRIŞ
“MİDA-da onlayn yolu ilə son mənzil satışının nəticələri ləğv olunmalıdır”. DİA.AZ xəbər verir ki, bu sözləri Yenisabah.az-a hüquqşünas Aslan İsmayılov deyib. O, DTX tərəfindən saxlanılan şəxşlərin özbaşına sistemə daxil ola bilməyəcəyini və bu işdə kimlərinsə əli olduğunu bildirib:

“MİDA ilə baş verənlər, gənclərin evini yıxmaq, arzusunu, gələcəyə ümidini qırmaq deməkdir. Orada hansısa İT mütəxəsisinin həbsi ilə iş yekunlaşmamalıdır. İT mütəxəsislərini də idarə edən kimlərsə var. Bunların hamısını hüquq-mühafizə orqanları araşdıracaq.

İT mütəxəsisləri özbaşına ora daxil olub bu əməliyyatları edə bilməz. 6 nəfər müxtəlif yerlərdən bu cür mükəmməl sistemə qoşula bilməzlər. Onları ora qoşanlar var. Araşdırıldıqdan sonra aydın şəkildə bilinəcək ki, o mütəxəssisləri kimlər oraya yönləndirib”.

Bildirək ki, bu gün DTX MİDA-nın son onlayn satış prosesinə xüsusi kompüter proqram təminatlarından istifadə edilməklə mənzillərin seçimi prosesinə müdaxilə halları müşahidə edilməsi haqda məlumat yayıb. Faktla bağlı cinayət işi açılıb və saxlanılanlar var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru