Əli Əliyevin cəzası artırıldı

16-04-2022, 00:07           
Əli Əliyevin cəzası artırıldı
Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevin cəzası artırılıb. Aprelin 15-də Yasamal rayon Məhkəməsində onun haqqında yeni hökm çıxarılıb.

Bu dəfə Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı Ramin Ədilovun xüsusi ittiham qaydasında qaldırdığı şikayət əsasında ona 5 ay həbs cəzası təyin edilib. Bu cəza onun haqqındakı 5 aylıq əvvəlki cəza ilə birləşdirilib və 6 ay azadlıqdan məhrum edilib.

Partiya sədri, bundan öncəki hökmdə olduğu kimi, bu dəfə də CM-in 147-ci (böhtan) maddəsi ilə təqsirli bilinib.

VİP sədri Əli Əliyev yanvarın 13-dən həbsdədir. Həmin gün Dövlət Sərhəd Xidmətinin polkovniki Emil Cəfərovun xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında onun haqqında hökm çıxarılmışdı.

Partiya sədri Dövlət Sərhəd Xidmətinin (DSX) noyabrın 30-da qəzaya uğrayan helikopterindən sağ çıxdığı bildirilən iki zabitin əslində hadisə vaxtı orada olduqlarına inanmadığını deməklə onlara böhtan atmaqda təqsirli bilinib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru