“Kuzbasda kömürün daşınması ilə bağlı kritik situasiya yaranıb” - RBK
16-04-2022, 07:57
Rusiyada kömür çıxarılmasının 60 faizini təşkil edən Kuzbass müəssisələri cari ilin 1-ci rübündə şərq istiqamətində 12,94 milyon ton kömür tədarük ediblər ki, bu da Rusiya Dəmir Yollarının (RDY) planlaşdırdığından 18 faiz azdır.
Bu barədə RBK agentliyinə Kemerovo vilayətinin kömür sənayesi naziri Oleq Tokaryev bəyan edib. Ətraflı
Kuzbass kömürünün daşınması üzrə situasiyanı o, kritik adlandırıb. Məmurun sözlərinə görə, kontrakt öhdəliklərinin yerinə yetirilməsinin pozulması Kemerovo vilayəti kömürçülərinin gəlirlərinin itirilməsinə, alıcıların cərimələrinə, tədarükün uzunmüddətli itirilməsi halında isə ayrı-ayrı satış bazarların itirilməsinə gətirəcək.
Bu arada, verilən xəbərə görə, hazırda «BAM» və «Transsib» şərq istiqamətində daşımalara olan yüksək maraq səbəbilə öz mütləq imkanları həddində işləyirlər.