“La casa de papel”in ssenaristi Buçadakı vəhşiliklər haqqında sənədli film hazırlayır - FOTO

16-04-2022, 09:37           
“La casa de papel”in ssenaristi Buçadakı vəhşiliklər haqqında sənədli film hazırlayır - FOTO
Buça, İrpen, Qostomel, Borodyanka - bu adlar dinc ukraynalılara qarşı görünməmiş işgəncələrin, qətliamların dünya tarixinə əbədi həkk olunduğu şəhərlərdir. Ukraynanın bu və bir çox başqa şəhərlərində Rusiya ordusu görünməmiş vəhşiliklər törədib: qadınları, uşaqları və əllərinə keçən hər kəsi öldürüb, işgəncə verib, zorlayıblar.

ABŞ-ın məşhur “Kartdan ev” (“La casa de papel”) serialının ssenari müəllifi Bo Uillimon bununla bağlı sənədli film çəkmək üçün Buçaya yollanıb.

Bu barədə yerli administrasiyadan bildirilib.

Dramaturq ukraynalıların soyqırımı və Ukrayna xalqının qəhrəmancasına müqaviməti ilə bağlı həqiqətləri bütün dünyaya çatdırmaq istəyir.

Xatırladaq ki, şəhərdə Rusiya ordusunun hərəkətləri nəticəsində həlak olan 403 mülki vətəndaşın cəsədi tapılıb.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru