Rusiya nüvə raketləri ilə dolu təyyarələrini bu əraziyə yolladı - Dünyanı ayağa qaldıran GÖRÜNTÜLƏR

18-04-2022, 18:12           
Rusiya nüvə raketləri ilə dolu təyyarələrini bu əraziyə yolladı -
Rusiyanın Qara dəniz donanmasının flaqmanı "Moskva”nı itirməsinin əks-sədaları davam edir.

Sfera.az xəbər verir ki, "Moskva” Qara dənizin soyuq sularında batdıqdan sonra Rusiya Ukraynanın paytaxtı Kiyevə hücumlarını artırıb.

"Moskvanın qisası” adlanan yeni hücum strategiyasının bütün Ukraynada can almağa davam etdiyi vaxtda dünyanı ayağa qaldıran görüntü yayımlanıb. Belə ki, Rusiyaya məxsus 4 ədəd "Tu-95” təyyarələri Rusiyanın qərbində, Ukrayna sərhədinə yaxın Kaluqa şəhərində görüntülənib. Nüvə raketləri daşıya bilən təyyarə döyüş təyyarələri və yanacaq dolduran təyyarə ilə müşayiət edib.

Görüntülər Ukrayna prezidenti Zelenksinin Rusiyanın Ukraynada nüvə və kimyəvi silahlardan istifadə etmək riski olduğunu elan etməsindən bir neçə saat sonra ortaya çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru