Ən iri mavi brilyant hərracda 57,5 milyon dollara satıldı - FOTO/VİDEO

29-04-2022, 10:33           
Ən iri mavi brilyant hərracda 57,5 milyon dollara satıldı - FOTO/VİDEO
Honkonqda “Sotheby's” hərracında parlaq mavi brilyant adı açıqlanmayan bir alıcıya 450,9 milyon Honkonq dollarına (57,5 milyon dollar/97,7 milyon manat) satılıb.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunur ki, “The De Beers Blue” ləqəbi qoyulan 15,1 karatlıq (3,02 qram) qiymətli daş indiyə qədər hərraca çıxarılan ən böyük brilyantdır.


Brilyantın hazırlandığı 39,3 karatlıq almaz (7,86 qram) 2021-ci ilin aprelində CAR-ın şimal-şərqindəki “Cullinan” mədənində hasil edilib. İyul ayında ölkənin “Petra Diamonds” şirkəti qiymətli daşı 40 milyon dollardan (68 milyon manat) baha qiymətə “De Beers” və “Diacore” birgə müəssisəsinə satıb.


Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru